Ru
18:23 / 18 Avqust 2026

Xəzər dənizi sahilində 1500 illik qızıl ayaqqabı tapıldı

Xəzər dənizi sahilində 1500 illik qızıl ayaqqabı tapıldı
Eye

Qazaxıstanın Xəzər dənizi sahilində yerləşən Mangışlaq yarımadasında arxeoloqlar dünya elmi üçün böyük əhəmiyyət kəsb edən nadir tapıntıya imza atıblar.

"Bakupost" Baku.ws-ə istinadla xəbər verir ki, Aktau şəhəri yaxınlığındakı Karakabaq nekropolunda aparılan qazıntılar zamanı təxminən 1500 il əvvəl (V–VI əsrlər) dəfn edilmiş gənc və varlı qadına aid məzar aşkarlanıb.

Hamını heyran qoyan əsas detal isə qadının geyimi və qızıl ayaqqabısı olub.

Ayaqqabı gündəlik istifadə üçün yox dəfn mərasimi üçün hazırlanıb.

Ayaqqabı və kəmərlərdəki toqqaların gündəlik istifadəyə uyğun olmaması, bu dəbdəbəli geyimlərin qadının sağlığında geyindiyi əşyalar olmadığını göstərib. Bütün bu bəzək və aksesuarların yalnız dəfn mərasimi üçün xüsusi olaraq istehsal edildiyi qiymətləndirilir.

Arxeoloqların araşdırmalarına görə, ayaqqabılara tamamilə qızıldan hazırlanmış görünüşü verildiyi müəyyən edilib.

Şərhlər
  • Voyah

    Şəhrlərdəki insanların İQ ortalaması ~7 ????‍♂️

  • Seymur

    Bize catanda cirig ayagabi bu kimdise ona qizil vaybe bext yaxşi şeydi

  • Eşqin Abbasov

    Görən bunu muzeyə verəcəklər?

  • Amin cabbarov

    İnandırıcı deyil 1500 il əvvəl insanların bir o qədər də elmi olmayıb ki ayaq ölçüsü götürsün və o şəkildə gördüyünüz ayaqqabıları ərşəyə gətirmək üçün isə o vaxt avadanlıq olmayıb demirəm ki yalan məlumatdır xeyir tapıla bilər ama o tarixə aid deyil

  • Mədinə həmidli

    Nadir şahın ayaqqablarıdı mənə əmanət eləmişdı)

  • Yunis Süleyman

    Həmin ayaqqabılar məzarda tapşırığına görə çox dəyərli Çingiz xanın qızının məzarıdır amma aldadıcı

  • Amin Ağazadə

    Kaş mənim qabagıma çıxardı məndə bu şəhərdəyəm

  • Nicat Qahramanov

    Denize eyaqabi ile girib batib yaqin 1500 il once ulu babamindi getirin verin

  • Davud

    Metal manetlərin birinin üzərində Stalinin kəlləsi görünür:))

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar