Ru
10:59 / 27 Avqust 2026

Avtomobillər bahalaşacaq - Payız üçün proqnoz

Avtomobillər bahalaşacaq - Payız üçün proqnoz
Eye

Rusiyada yeni avtomobillərin qiymətinin payız aylarında artacağı gözlənilir.

"Bakupost" Publika.az-a istinadla xəbər verir ki, avtomobil eksperti Nikolay İvanov sentyabr ayında yeni avtomobillərin qiymətinin avqustla müqayisədə təxminən 3-5 faiz arta biləcəyini bildirib.

Ekspertin sözlərinə görə, sentyabr ənənəvi olaraq avtomobil satışlarının yüksək mövsümünün başlanğıcı hesab olunur və bu dövrdə alıcı aktivliyi artır. Lakin bu il bazardakı vəziyyət ötən ildən fərqlənir. Ötən il avtomobil anbarlarında artıq ehtiyatlar olduğu halda, hazırda stoklar daha balanslıdır.

İvanov hesab edir ki, tələbin artması fonunda avtomobillərin qiymətini aşağı salmaq üçün ciddi iqtisadi əsas yoxdur. Bundan əlavə, dollar, avro və yuanın məzənnəsindəki dəyişikliklər idxal olunan avtomobillərin qiymətinə təsir göstərir.

Ekspertin diqqət çəkdiyi digər məqam isə endirimlərin və satışları stimullaşdıran digər güzəştlərin azalmasıdır. Onun sözlərinə görə, rəsmi qiymət dəyişməsə belə, alıcı üçün avtomobilin yekun qiyməti daha yüksək ola bilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar