Ru
10:33 / 27 Avqust 2026

Bəzi rayonlara leysan yağıb, külək güclənib

Bəzi rayonlara leysan yağıb, külək güclənib
Eye

Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

"Bakupost" xəbər verir ki, bu, Milli Hidrometeorologiya Xidmətinin avqustun 27-si saat 10:00-a olan məlumatında qeyd edilib.

Düşən yağıntının miqdarı Sarıbaş (Qax), Gədəbəydə 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Mingəçevir, Zaqatala, Goranboy, Şahdağ, Şəki, Oğuz, Şəmkir, Şərurda 1 mm-dək qeydə alınır.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Culfada 22, Goranboyda 19, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalanda 18, Tərtərdə 16 m/s-dək güclənir.

Qusar, Göygöl, Xankəndi, Şahbuz, Lerikdə duman müşahidə olunur.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da və Aran rayonlarında 39, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti müşahidə olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar