Xırdalanda avtobus qazıntı aparılmış ərazidə çuxura düşüb.
“Bakupost” xəbər verir ki, 535 nömrəli marşrut avtobusu Qalubiyyə küçəsində hərəkətdə olarkən çuxura düşüb və hərəkətini davam etdirə bilməyib.
Məlumata görə, ərazidə yol qazıldıqdan sonra üzərinə qum tökülüb.
Görüntüləri təqdim edirik:
Dilay, BakuPost
Bakının qəsəbələrində, xüsusən Bakıxanov qəsəbəsində magistral yollarda olan çuxurlar təhlükə mənbəyi olaraq qalır. Heç kəs yolları təmir etməyi düşünmür. Nəticədə insanlara və nəqliyyat vasitələrinə ciddi ziyan dəyir.