Ru
20:45 / 18 Aprel 2024

"Xocalı aeroportuna Əlifin adı verilsə..." - Milli Qəhrəmanın bacısı

1659
“Mən bu xəbəri eşidəndə kövrəldim, ağladım. Həm də sevindim ki, qardaşım Əlif uğrunda döyüşdüyü, qanı bahasına müdafiə etdiyi Xocalı aeroportu azad oldu”.

Bunu Bakupost.az -a açıqlamasında Milli Qəhrəman Əlif Hacıyevin bacısı Şükufə xanım deyib. O, Xocalı aeroportuna şəhid qardaşının adının verilməsini arzuladığını bildirib:

“Ümidvaram ki, Xocalı aeroportuna Əlifin adın verərlər. Məsləhət dövlətimizin və onun başçısınındır. Biz hamımız Prezidentimizin qarşısında baş əyirik. Allah ona uzun ömür, can sağlığı versin. Əlifin adı Xocalı aeroportuna verilsə, ruhu şad olar, hamımız sevinərik”.

Qeyd edək ki, dünən rus sülhmərmalı kontingentinin Qarabağda tərk etdiyi ərazilər sırasında Xocalı aeroportu da var.




Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər