Ru
10:58 / 01 İyul 2022

Mövsüm başlasa da, Nabrana gələn azdır - Səbəblər - VİDEO

27157
Ayaz Rəşidov 4 ildir ki, Nabrandakı istirahət mərkəzlərindən birində inzibatçı işləyir.


İstirahət mərkəzində bu yay seyrəklikdir, dincələn azdır. Ailəvi istirahət mərkəzi 42 kotec, böyüklər və azyaşlılar üçün hovuz, açıq hava restoranı və gecə klubundan ibarətdir.


Bir nəfər üçün qiymət burada günlük 50, yemək daxil 100 manat arasında dəyişir. Meşəlik ərazidə yerləşən turizm mərkəzinin dənizlə məsafəsi 150 metrdən çox olmaz.


İnzibatçının dediyinə görə, dicəlməyə gələnlərin sayı azalmağa doğru gedir:


“Pandemiya, karantin, turizmi “0” etdi. Keçən ilki yumşalmadan sonra insanlar istirahət etməyə, dincəlməyə gəlirdilər. Bu il necə olacaq bilmirik. Heç havalar da imkan vermir. Gah yağış, gah külək olur”.


Xaçmazın Nabran kəndi ölkənin əsas yay turizm bölgələrindən biri hesab olunur. Dənizlə meşənin birləşdiyi bu ərazidə yolkənarı düzülmüş hotellər, istirahət mərkəzləri, restoranlar, xəmir xörəkləri, qutab, çörək obyektləri diqqət çəkir.

Turizm mövsümünün başlamasından xeyli keçsə də, Nabran dənizində çimənlərin sayı 1 əlin 5 barmağını keçmir.

Elə istirahət mərkəzi və restoranlarda da eyni mənzərədir.

İnzibatçı A. Rəşidov hava ilə yanaşı başqa səbəbləri də dilə gətirir:

“Yolun təmirə bağlanması, quru sərhədlərin qapalı olması... Karantindən əvvəl Rusiyadan və ya Rusiyadan keçməklə başqa ölkələrdən gələnlər, dincələnlər var idi”.


64 yaşlı Hənifə Kərimova çörək satmaqla dolanır:

“Əvvəllər çox yaxşı idi. İndi satış azdır. Sezon hələ başlamayıb, bəlkə sonunda yaxşı olar... Bilmək olmaz”.


Daha ətraflı AzadlıqRadiosunun materialımnda:




Aygün
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər