Ru
12:15 / 15 Avqust 2022

Yarıtmaz elektron xidmətlər... - Ekspert dövlət qurumunu ittiham etdi

4766
“Narazılıqların olmaması üçün elektron xidmətlərlə bağlı möcud problemlər aradan qaldırılmalıdır”


“Ölkə üzrə bütün elktron xidmətlərin keyfiyyətilə bağlı problemlər var. Xidmətə müraciət və proseslərin həyata keçirilməsi zamanı insanlar çətinliklərlə üzləşirlər. Prosesi uğurla yekunlaşdırmaq olmur, ödəniş zaman problemlər yaranır, müəyyən qırılmalar olur. Bu səbəbdən də vətəndaş təkrar-təkrar xidmətə müraciət etmək məcburiyyətində qalır. Elektron xidmətlərdəki problemlər insanları incidir, şikayətlər çoxdur”.


​Bunu Bakupost.az -a açıqlamasında “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.


Onun sözlərinə görə, bu gün xidməti həyata keçirən dövlət qurumu prosesin standartlara uyğun şəkildə təşkilinə, rəqəmsallaşmaya keçidinə yetərincə diqqət yetirmir




"Bir növ maraqlı deyillər. Sistem necə işləyir, ümumiyyətlə, işləyirmi? Xidmətin elektron formaya çevrilməsi uzun prosesdir. Ona görə də ilk olaraq xidmətin sadələşdirilməsi, bürokratik maneələrin aradan qaldırılaraq əmsallaşdırılmasına diqqət yetirilməlidir. Xidmət hazır olduqdan sonra isə mütləq şəkildə test edilməlidir ki, bu da ayrı bir mərhələdir. Xidmət hər hansı ixtisaslaşmış quruma, şirkətə, nümayəndələrə təqdim edilməlidir ki, testdən keçirilsin.Testdən necə keçirilməsi, hansı addımların atılması, səhvlərin hansı şəkildə toplanması isə ayrı bir mərhələdir”.


O. Gündüz qeyd edib ki, müvafiq qurumlar tərəfindən xidmətin təhlükəsizliyi, standartlara cavab verməsi, dayanıqlılığına diqqət yetirilmılidir:


“Narazılıqların olmaması üçün elektron xidmətlərlə bağlı möcud problemlər aradan qaldırılmalıdır”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər