Ru
17:39 / 03 Avqust 2022

Yoluxanların sayı açıqlandı

1811
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 512 yeni yoluxma faktı qeydə alınıb, 399 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakupost.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.


Azərbaycanda indiyədək ümumilikdə 799 983 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 787 479 nəfər müalicə olunaraq sağalıb, 9 752 nəfər vəfat edib, aktiv xəstə sayı 2 752 nəfərdir.


Ölkədə son sutka ərzində 3 760, hazırkı dövrədək isə 7 055 265 test aparılıb.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər