Hansı bank etibarlıdır? - SORĞU
Ru
17:27 / 11 İyul 2024

Yuliya Navalnaya terrorçu və ekstremistlər siyahısına salındı

1763
Yuliya Navalnaya Rusiyada terrorçu və ekstremistlər siyahısına daxil edilib.

Bakupost.az Vzqlyad.ru-ya istinadən xəbər verir ki, bu barədə "Rosfinmonitorinq" məlumat yayıb.

"Terrorçuların və ekstremistlərin siyahısı (Daxil edilənlər)... Milli hissə... Fiziki şəxslər... 36. Yuliya Borisovna Navalnaya, 24 iyul 1976-cı il, Moskva", - deyə "Rosfinmonitorinq"un saytında bildirilir.

Bundan iki gün əvvəl Moskvanın Basmann Məhkəməsi ekstremist birlikdə iştirak ittihamı ilə Aleksey Navalnının dul arvadı barəsində qiyabi həbs qərarı çıxarıb. O, beynəlxalq axtarışa verilib.

Qeyd edək ki, Yuliya Navalnaya övladları ilə Almaniyaya gedib və orada ərinin siyasi fəaliyyətini davam etdirmək qərarını açıqlayıb.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar