Ukrayna prezidenti Vladimir Zelenskinin “Qələbə planı” yaxın günlərdə təqdim olunacaq.
Bakupost.az xəbər verir ki, bu barədə Tagesschau Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeyevə istinadən bildirib.
Qeyd edilir ki, planın bir hissəsi “Rusiyanı danışıqlara məcbur etmək” üçün hərbi, diplomatik və iqtisadi addımları əhatə edir. Söhbət həm də Rusiyaya qarşı sanksiyalardan gedir.
Bu günlərdə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, yaxın vaxtlarda sənədi ukraynalılara təqdim etməyi planlaşdırırlar. Onun fikrincə, Zelenski “olduqca effektiv” təqdimat keçirəcək və orada planın bütün - siyasi, diplomatik, iqtisadi və hərbi məcburetmə təfərrüatları barədə danışacaq.
Zaur, BakuPost