Ru
23:08 / 14 İyul 2025

Zəngəzur dəhlizi: Azərbaycan Ermənistanın bu təklifindən qəti şəkildə imtina etdi - Barak

Zəngəzur dəhlizi: Azərbaycan Ermənistanın bu təklifindən qəti şəkildə imtina etdi - Barak
Eye

ABŞ-nin Türkiyədəki səfiri Tom Barak özəl nüfuzlu Amerika şirkətinin Zəngəzur dəhlizində qarant rolu oynaya biləcəyi barədə xəbərləri təsdiqləyib.

Bakupost.az xəbər verir ki, bu barədə "Middle East Eye" məlumat yayıb.

"Bu təklifi, əslində Türkiyə verib, ABŞ də razılaşıb. Lakin Ermənistan tərəfi bildirib ki, həmin şirkət yolun Naxçıvanda olan hissəsində də fəaliyyət göstərsin, Azərbaycan isə bunu qəbuledilməz adlandırıb. Hazırda 32 kilometr yol üzərində mübahisə edirlər. Amma bu, önəmsiz məsələ deyil. 32 kilometrlik dəhliz iki ölkənin sülh müqaviləsi bağlamasına əsas maneədir. ABŞ Zəngəzur dəhlizini 100 illik icarəyə götürə bilər və tərəflər buradan rahatlıqla istifadə edə bilərlər", - Barak əlavə edib.

Barakın şərhləri Tramp administrasiyasının neytral qarant rolunu oynayacaq özəl ABŞ kommersiya şirkəti vasitəsilə dəhlizə nəzarət etməyi təklif etdiyinin ilk rəsmi təsdiqidir.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar