Ru
13:52 / 11 İyun 2024

"Zəngəzur dəhlizi geosiyasi qüvvələrin marağındadır" - Politoloq

963
“Zəngəzur dəhlizinin açılması zərurətdir. Bu dəhliz açılmalıdır. Azərbaycan tərəfi bunu istəyir. Ermənistanın istəyib-istəməməsindən asılı olmayaraq, dəhliz açılacaq. Sadəcə olaraq, hazırda bu yol üzərində ciddi şəkildə problemlər, maneələr var. Bu problemlər illər əvvəl ABŞ, Rusiya, İngiltərə, İran arasında da mövcud olub. İndi də həmin ölkələr arasında rəqabət gedir. Ona görə də, Azərbaycan və Ermənistan öz xarici siyasətində, Zəngəzura yanaşmalarında bu reallıqları da nəzərə alır”.





Bunu Bakupost.az -a politoloq Zaur Məmmədov bildirib.

O qeyd edib ki, geosiyasi qüvvələrin bu məsələdə maraqları var və bu, hər kəsə məlumdur:

"Bu kontekstdə Azərbaycan tərəfi hələlik məsələlərə böyük səbrlə yanaşır. Hansı geosiyasi aktor daha adekvat addımlar atacaqsa, Azərbaycan onunla birlikdə öz idarəetməsini həyata keçirəcək. Hələlik Azərbaycan gözləmə mövqeyindədir".

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər