Ru
09:36 / 10 İyun 2024

Zərdabda iki narkokuryer saxlanıldı

Zərdabda iki narkokuryer saxlanıldı
Eye

Zərdabda iki narkokuryer saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakupost.az -a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkokuryerlik edən Rövşən Bayramlı və İzmir Rüstəmov saxlanılıblar. Onlardan 2 kiloqram tiryək, heroin, metamfetamin və marixuana, eləcə də 50 ədəd psixotrop tərkibli həb aşkarlanıb.


Araşdırmalarla adıçəkilən şəxslərin maddi gəlir qarşılığında İran vətəndaşı olan narkotacirə kuryerlik etdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, R.Bayramlı və İ.Rüstəmov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar