Ru
20:58 / 04 Fevral 2025

AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı YENİ DETAL

AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı YENİ DETAL
Eye

Qazaxıstan Nəqliyyat Nazirliyinin Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğramasının ilkin hesabatında bir sıra vacib məqamlar yer alıb.

"Bakupost.az xəbər verir ki, hesabatda “Xalça” planının Rusiyada necə tətbiq olunduğu açıqlanıb

Təyyarənin göyərtəsində problemlər saat 05:13-də qeydə alınıb, saat 05:21-də isə “Xalça” planı elan olunub.

Qazaxıstan Nəqliyyat Nazirliyinin hesabatında deyilir ki, AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğramasından əvvəl aviadispetçerlər Qroznıda “Xalça” planının tətbiqi ilə bağlı xəbərdarlıq ediblər. Orada həmçinin qeyd olunur ki, təyyarədə xarici əşyaların konstruksiyaya daxil olmasını göstərən zədə aşkar edilib.

Rusiya mediası “Xalça” planının qabaqcadan elan olunduğunu açıqlasa da, məlum olub ki, bu plan Azərbaycan təyyarəsi vurulduqdan sonra elan edilib.



Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar