Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkədə illərlə hökm sürən benzin və dizel monopoliyaları dağılıb, amma monopolist şirkətlər hələ də öz mövqelərini qorumağa çalışır.
Bakupost.az xəbər verir ki, Paşinyan bunu Təhlükəsizlik Forumunda açıqlayıb.
Baş nazir vurğulayıb ki, 2018-ci ildən etibarən monopoliyaları aradan qaldırmaq üçün işlər aparılıb: “Bazarlar rəsmi olaraq açıq idi, benzinin bir hissəsi idxal olunurdu, amma monopoliya kimi əsas problemi həll edə bilmədik. İndi isə bu illərlə davam edən monopoliyalar sanki kart evi kimi dağılır”.
Baş nazir bildirib ki, monopolist şirkətlər öz mövqelərini qorumaq üçün böyük resurslar sərf edir və patriotluq şüarları altında əks kampaniya aparırlar. Eyni zamanda, Paşinyan qeyd edib ki, Azərbaycan benzini idxalı monopolist şirkətlərə qarşı real alternativ ola bilər və bu, Ermənistan istehlakçılarına fayda gətirəcək.
O əlavə edib ki, Ermənistan istehlakçıları illərlə yüksək qiymətlər ödəyib, amma indiyə qədər heç bir izahat və ya cavab verilməyib, lakin qanunsuz yaradılmış mülkiyyətin müsadirə mexanizmləri işləyəcək və bütün suallara cavab veriləcək.
Cavid, BakuPost