09:12 / 12 Sentyabr 2021

Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

457
Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi keçiriləcək.

Bu barədə Bakupost.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır.

"Üç qardaş - 2021" beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər