Ru
18:08 / 09 Avqust 2025

Azərbaycan və Ermənistanın Vaşinqtonda bu addımı atmasını... - Zaxarova

Azərbaycan və Ermənistanın Vaşinqtonda bu addımı atmasını... - Zaxarova
Eye

Rusiya Cənubi Qafqazda sabitlik və firavanlıq zonasının formalaşmasında maraqlıdır.

Bakupost.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, ən vacib şərtlərdən biri Azərbaycan və Ermənistan arasında münasibətlərin hər iki ölkə xalqlarının maraqlarının nəzərə alınmasına əsaslanan hərtərəfli normallaşmasıdır.

“Regional təhlükəsizlik üçün bu əsas məqsədə çatmağa kömək edən bütün səyləri ardıcıl olaraq dəstəkləyirik. Bununla əlaqədar Cənubi Qafqaz respublikalarının liderlərinin Vaşinqtonda Amerika tərəfinin vasitəçiliyi ilə görüşü müsbət qiymətləndirməyə layiqdir”, - Rusiya XİN-in rəsmi nümayəndəsi qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar