Ru
09:20 / 04 Oktyabr 2019

Azərbaycan XİN: "Matçdakı təxribatla bağlı vəziyyət araşdırılır"

5705
"Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Lüksemburqda "Düdelanj"-"Qarabağ" futbol matçı zamanı baş verən təxribatı nəzərə alaraq vəziyyəti izləyir".

BakuPost.az xəbər verir ki, bunu Azərbaycan XİN Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

"Lüksemburqda akkreditə olunmuş səfirə bu ölkənin Xarici İşlər Nazirliyi ilə əlaqə yaratmaq və təxribatlara cavabdeh şəxslərin tapıldığına və müvafiq məsuliyyət daşıyacaqlarına əmin olmaqla bağlı tapşırıq verilib" - L. Abdullayeva bildirib.

Xatırladaq ki, "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində "Düdelanj"ı məğlub edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər