Ru
10:15 / 14 Oktyabr 2026

Dövlət qurumlarının saytlarına kiberhücum olub - RƏSMİ

Dövlət qurumlarının saytlarına kiberhücum olub  - RƏSMİ
Eye

Məsələ ilə bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.


Bildirilib ki, oktyabrın 13-ü saat 22:00 radələrindən etibarən Azərbaycanın dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb.


“Hücum xarici haker qruplaşması tərəfindən həyata keçirilmiş, Azərbaycanın dövlət informasiya infrastrukturlarına 100-dən artıq dövlət domeni hədəfə alınıb.


Kiberhücum nəticəsində bir sıra dövlət orqanlarının internet informasiya ehtiyatlarının fəaliyyətində fasilələr yaranıb. Görülmüş müvafiq texniki tədbirlər nəticəsində kiberhücumun təsirləri məhdudlaşdırılıb və saytların fəaliyyətinin davamlılığı təmin edilib.


Hazırda Xidmət tərəfindən kibertəhlükəsizliyin təmin olunması məqsədilə tədbirlər davam etdirilir”, - məlumatda vurğulanıb.

***

09:28

Azərbaycanda bir sıra dövlət qurumlarının rəsmi internet saytlarına girişdə problem yaranıb.


"Bakupost" xəbər verir ki, hazırda Nazirlər Kabinetinin (nk.gov.az), Fövqəladə Hallar Nazirliyinin (fhn.gov.az), Daxili İşlər Nazirliyi (din.gov.az), Dövlət İmtahan Mərkəzi (dim.gov.az), Səhiyyə Nazirliyinin (sehiyyə.gov.az) və digər dövlət qurumlarının internet resurslarına giriş mümkün deyil.

Problemin səbəbi və nə vaxt aradan qaldırılacağı barədə hələlik məlumat yoxdur.

Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.


Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar