Ru
15:47 / 24 Noyabr 2021

Azərbaycanda jurnalistlərlə bağlı film - "Qaranlıqdan reportaj” - FOTO

4002
Rejissor Elvin Adıgözəlin "Qaranlıqdan reportaj” tammetrajlı bədii filmi Marsel Beynəlxalq Film Festivalında iştirak edən ilk Azərbaycan filmidir.


Film barədə rejissor Elvin Adıgözəl Bakupost.az -a qısa müsahibə verib:


"Film ilk dəfə 2018-ci ildə tamaşaçılara təqdim olunub və dünya kinosuna çıxıb. Fransada Marsel Beynəlxalq Film Festivalında əsas yarışma bölməsində də olub. Film bir bölgə müxbirinin iş həyatından, ölkədəki jurnalistikadan, eyni zamanda insan münasibətlərindən bəhs edir. Düşünürəm ki, bu filmi retrospektiv kimi gələcəkdə hansısa bir formada göstərə bilərəm.

Müstəqil kino adamı kimi ölkəmizdə filmlər çəkirəm və kimsə, nəsə anlamağa çalışırsa, anlayır. Sadəcə ölkədə 2016-2018-ci ildə müşahidələrim əsasında yaşanılan hekayəni kinoya gətirmişəm"

.

- Bu filmi çəkmək ideyası haradan qaynaqlandı?

- 2016-cı ildə xəbərlərin birində oxumuşdum ki, sahil metrosu ətrafında jurnalistin meyti tapılıb. Deyirdilər ki, jurnalist xəstə imiş və ürəyi tutub vəfat edib. Həmin ölüm hadisəsi mənə təsir etdi. Eyni zamanda qəzetlərin birində işləyən müxbir dostumuzun jurnalistika ilə bağlı başına gəlmiş bir hadisəni mənə danışdığı zaman çox təsirləndim.



- Filmlərinizi hansı büdcə ilə çəkirsiz?

- Çəkdiyim filmləri yalnız öz vəsaitimizlə və yaxud xaricdə göstəriləndən sonra oradan dəstək olurlar. Demək olar ki, Mədəniyyət Nazirliyi və digər orqanlardan heç bir dəstək yoxdur. Eyni zamanda Mədəniyyət Nazirliyində kino qanunu, kinoya pul ayırma mexanizmi yoxdur. Yəni, kinoya pul ayırmaq üçün bir mexanizm və şəffaf format olmalıdır. Sadəcə deyirlər ki, filan filmə pul ayrıldı, hansı əsaslarla ayrıldı, onu heç kim bilmir. O formada olan şərtlərlə də biz razılaşmırıq və onlarla işləmirik.

- Bəs belə bir mexanizm olsa və sizə maliyyə ayrılsa, nə çəkərsiz, kinomuza hansı yenilikləri gətirərsiz?

- Təbii ki, bizim uğurumuz, Azərbaycan adının ölkə olaraq dünya kinosunda səsləndirmək, gələcəkdə kinoya olan marağı müəyyən dərəcədə artıra bilmək və bunun nəticəsində də kinoya pul ayırma mexanizmini formalaşdıra bilmək olacaq. Ümid edirik ki olacaq. Ümid heç vaxt ölmür.



Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər