Ru
13:33 / 30 Noyabr 2021

Azərbaycanda korona testinin istehsalına başlanıldı

1646
Bu ilin avqustundan etibarən zavodda yeni istehsal xətti fəaliyyətə başlayıb. COVİD-19 virusunun PCR üsulu ilə müəyyənləşdirilməsi üçün testlərin istehsalına başlanılıb. Bu günə qədər 20 mindən çox test istehsal olunub. Zavodun istehsal gücü illik altı milyon ədəddir. Günlük isə 20 min testdir.

Bakupost.az xəbər verir ki, bunu “Diamed Co” şpris istehsalı zavodunun həmtəsisçisi Aytən Quliyeva AzTv-yə açıqlamasında bildirib.

O qeyd edib ki, bu testlərin üstünlüyü qiymətinin aşağı olmasıdır:

"Yerli testlərin istehsalı ölkədə olan PCR testlərinin qiymətlərinin aşağı düşməsinə səbəb olacaq.Bu testlər eyni zamanda yanlış cavabların az olmasına səbəb olacaq. Bizim istehsal etdiyimiz testlərdən bir saat ərzində nəticə almaq mümkün olacaq".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər