Ru
13:39 / 08 Yanvar 2026

Azərbaycanda quş qripinə yoluxma halı aşkarlanıb? - Rəsmi açıqlama

Azərbaycanda quş qripinə yoluxma halı aşkarlanıb? - Rəsmi açıqlama
Eye

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən respublika (Naxçıvan Muxtar Respublikası daxil) ərazisində 2025-ci ilin 17-21 noyabr və 8-12 dekabr tarixlərində aidiyyəti qurumların iştirakı ilə keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, tədbirlər dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edib. Habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılmaqla vəhşi quşlara klinik baxış keçirilib, müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, 34 rayonun (şəhər) ailə təsərrüfatılarında müxtəlif növ ev quşundan qan və yaxma nümunələri götürülərək müayinələrə cəlb edilib.

Laborator müayinələr və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal aşkarlanmayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar