Ru
18:25 / 11 Dekabr 2025

Azərbaycanda yeni teatr studiyası... – İlk tamaşasını təqdim etdi

Azərbaycanda yeni teatr studiyası... – İlk tamaşasını təqdim etdi
Eye

Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində yeni yaradılmış “Eynək” İncəsənət Studiyası ilk tamaşasını teatrsevənlərə təqdim edib.

Bakupost.az xəbər verir ki, S.Bekketin “Qodonun intizarında” əsəri əsasında Məmməd Rəfiyevin quruluş verdiyi “Oyun” tamaşası təqdim olunub. Plastik və pantomim elementləri üzərində qurulan tamaşada rolları Nihad Aslanlı və Fəxri Səfərov ifa ediblər.

“Eynək” İncəsənət Studiyasının təsisçisi və studiyanın aktyoru Fərid İsmayılovdur. Studiya 6 yaradıcı gənc tərəfindən yaradılıb. “Eynək” yalnız teatr sahəsində deyil, həmçinin kino istiqamətində də fəaliyyət göstərir və müxtəlif yaradıcı layihələr həyata keçirir.

Qeyd edək ki, studiyanın təqdim etdiyi bu iş İranın Zəncan şəhərində keçirilən Pantomima Festivalında mükafata layiq görülüb.

Zaur, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar