“Swell”: meyvə şirələrində dad və keyfiyyət
Meyvə şirələri gündəlik qida rasionunda geniş yer tutan, sevilən içki məhsullarındandır. Alma, portağal, ananas, vişnə və müxtəlif meyvələrin qarışığından hazırlanan şirələr dad müxtəlifliyi ilə yanaşı, tərkibindəki bəzi vitamin və minerallarla da diqqət çəkir.
Meyvə şirələrinin tərkibi və faydalı xüsusiyyətləri
Portağal şirəsi immun sisteminin normal fəaliyyətini dəstəkləyən C vitamini mənbələrindən biridir. Alma şirəsində kalium və antioksidant birləşmələr, şaftalı şirəsində karotinoidlər, digər meyvə şirələrində isə müxtəlif vitamin və minerallar mövcuddur. Bu maddələr orqanizmin normal fəaliyyəti üçün əhəmiyyətlidir.
"Swell": dad, keyfiyyət və şüşə qablaşdırma
Meyvə şirələri bazarında tanınan Alman markası olan "Swell" brendi Rusiyada istehsal olunur. Məhsulların istehsalında müasir Almaniya avadanlıqlarından, isti doldurma texnologiyasından və məhsulun dad-keyfiyyət xüsusiyyətlərinin qorunmasına yönəlmiş pasterizasiya üsulundan istifadə edilir. Şüşə qablaşdırma isə brendin əsas xüsusiyyətlərindən biridir.
Brendin keyfiyyəti müxtəlif qiymətləndirmələrdə də diqqət çəkib. 2013-cü ildə "Swell" şirələri “Ekoloji Təhlükəsiz Məhsul” müsabiqəsində qızıl medala layiq görülüb. Həmçinin, Rusiyanın müstəqil keyfiyyət qiymətləndirmə qurumu Roskaçestvo tərəfindən 2023-cü ildə aparılan araşdırmada "Swell" portağal şirəsi 5 mümkün baldan 4,98 bal toplayıb. Laboratoriya yoxlamalarında məhsulda konservantlar, sintetik rəngləndiricilər və süni şirinləşdiricilər aşkarlanmayıb. Şirənin 100 millilitrində 25,64 milliqram C vitamini olduğu müəyyən edilib.
"Swell" Azərbaycan bazarında
"Swell"in məhsulları Azərbaycanda “Azerish LTD” MMC tərəfindən idxal və distribüsiya olunur. Brendin məhsul çeşidinə alma, portağal, ananas, şaftalı, albalı və multivitamin dadlarında 750 və 250 millilitrlik şüşə qablaşdırmalar daxildir.
Distribütorun məlumatına görə, "Swell" ölkədə 1000-dən çox aktiv satış nöqtəsində təmsil olunur. Məhsullar supermarket şəbəkələrində, restoranlarda, beşulduzlu hotellərin restoran və minibarlarında, eləcə də şadlıq saraylarında təqdim edilir. Şüşə qablaşdırma həm gündəlik istifadə, həm də restoran servisi və müxtəlif tədbirlər üçün estetik təqdimat imkanı yaradır.
"Swell"i haradan almaq olar? Vumart Gross
"Swell" məhsullarını müxtəlif ticarət nöqtələri ilə yanaşı, Vumart Gross mağazalarından da əldə etmək mümkündür. Vumart Gross alıcılara iki qiymət modeli təklif edir: adi pərakəndə qiymət və klub üzvləri üçün müəyyən edilmiş xüsusi topdansatış qiymət. Klub üzvləri üçün minimum alış limiti yoxdur. Beləliklə, istehlakçılar istənilən məhsuldan bir ədəd aldıqda belə xüsusi klub qiymətindən yararlana bilirlər.
Hazırda Vumart Gross-un Bakıda iki filialı fəaliyyət göstərir: Dərnəgül, 2082-ci məhəllə və Şövkət Məmmədova küçəsi, “Azəri” şadlıq sarayının qarşısı. Məhsullar, qiymətlər və klub üzvlüyü barədə ətraflı məlumatı Instagram-da @vumart.az səhifəsindən əldə etmək olar.