Ru
17:19 / 15 Sentyabr 2020

“Azərişıq” ermənilərin atəşə tutduğu kənddə yenidənqurma işləri görür - VİDEO

2152

"Azərişıq” ASC Tovuz rayonunun Ağdam kəndində elektrik enerjisi təchizatını daha dayanıqlı və keyfiyyətli etmək üçün yenidənqurma işlərinə start verib.

Bu barədə “BakuPost”a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, erməni silahlı qüvvələrinin iyulun 12-də təxribat törədərək Ağdam kəndini atəşə məruz qoyması nəticəsində yaşayış evləri ilə yanaşı elektrik enerjisi xətlərinə də ciddi zərər dəyib. Bununla belə “Azərişığ”ın ərazidəki əməkdaşları 24 saat fasiləsiz çalışaraq kənddə mərmilərin zədələdiyi bütün xətləri bərpa etməklə sakinləri işıqsız qalmağa qoymayıb.

"Prezident İlham Əliyevin birbaşa tapşırığı ilə “Azərişıq” rəhbərliyi düşmənlə üz-üzə dayanan kənd sakinlərinə və elecə də səngərdə əli tətikdə olan hərbçilərlə həmrəylik nümayiş etdirmək, onlara dövlətin dəstəyini göstərmək üçün Ağdam kəndində yenidən qurma işlərinə start verib.

Onu da qeyd edək ki, “Azərişıq” rəhbərliyi tez-tez cəbhə xətti boyunca yerləşən kənd və yaşayış məntəqələrinə səfər edir, yerlərdə görülən işlərə şəxsən nəzarət edirlər. Əsas məqsəd xüsusilə həssas bölgələrdə yaşayan abonentlərimizə hər zaman dəstək olmaqdır", - deyə məlumatda qeyd edilib.



“Azərişıq” ermənilərin atəşə tutduğu kənddə yenidənqurma işləri görür  - VİDEO
“Azərişıq” ermənilərin atəşə tutduğu kənddə yenidənqurma işləri görür  - VİDEO
“Azərişıq” ermənilərin atəşə tutduğu kənddə yenidənqurma işləri görür  - VİDEO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər