Ru
23:40 / 02 Dekabr 2025

Bakı azad etmişdi, Rusiya həbsə atdı - Kreml razılaşmanı pozdu?

Bakı azad etmişdi, Rusiya həbsə atdı - Kreml razılaşmanı pozdu?
Eye

Azərbaycan və Rusiya arasında gərginləşmə dövrünün geridə qalması ilə bağlı nikbin açıqlamalarda müəyyən tələskənliyə yol verildiyi iddiası yaranıb.

Bakupost.az xəbər verir ki, bu, xüsusilə Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan icmasının yeni rəhbəri Vidadi Mustafayev saxlanılması ilə aktuallaşıb.

Belə ki, Yekaterinqburq şəhərində azərbaycanlılara qarşı üsusi təyinatlıların zorakılığı iki nəfərin ölümünə səbəb olmuş, bir neçə nəfər isə ağır yaralanmışdı. 24 il öncə baş verən bir cinayəti bəhanə gətirən Rusiya xüsusi xidmət orqanları azərbaycanlılara qarşı görünməmiş zorakılıq həyata keçirmişdilər.

Bunun ardınca isə həbs edilənləri müdafiə etməyə çalışan Azərbaycan icmasının rəhbəri Şahin Şıxlinski özü də zorakılığa məruz qaldı və terrorçu kimi küçənin ortasındaca həbs edildi. Həbs zamanı qorxaraq, avtomobili geri sürən və buna görə qapını açmış OMON-çunun yerə yıxılmasına səbəb olan oğlu Mütvəli Şıxlinski də artıq ağır cəza alıb.

Davam edən həbslər, azərbaycanlı milyonçuların evinə basqınlar və onların qondarma bəhanələrlə incidilməsinə Azərbaycan da cavab verdi və burada rus agentura şəbəkəsinə zərbə endirildi - Rus Evi bağlandı, həmçinin “Sputnik Azərbaycan” redaksiyasında oturan agentlər - “Sputnik Azərbaycan”ın şef redaktoru Yevgeni Belousov və agentliyin icraçı direktoru İqor Kartavıx həbs olundu.

Ancaq Düşənbədə iki ölkənin liderinin görüşündən sonra müəyyən yumşalma özünü göstərdi, nəticədə Azərbaycan məhkəmələri istintaq getməsinə baxmayaraq, Kartavıx və Belousovu ev dustaqlığına buraxdı. “Ev dustaqlığına” buraxılan hər iki şəxs isə dərhal Bakını tərk edib, Moskvaya uçdular.

Analoji qərarların Rusiyada azərbaycanlılara qarşı da çıxarılacağı gözlənilirdi. Əvəzində isə Şahin Şıxlinskinin çox ağır maddələrlə ittihamının davam etdiyi, hətta ömürlük həbsə məhkum edilə biləcəyi haqda məlumatlar yayıldı.

Ötən gün isə Şahin Şıxlinskini diaspor rəhbəri kimi əvəz edən və Yekaterinburqdakı Azərbaycan icmasına yeni sədr seçilən Vidadi Mustafayevin həbs olunduğu məlum oldu.

Belə məlum olur ki, Sverdlovskun yeni qubernatoru azərbaycanlılara qarşı sona qədər getmək qərarında qətidir və yaxud bu göstərişi Putindən alıb.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar