Bakı metrosunun gələcək inkişaf planı çərçivəsində inşa olunacaq şərti adı “B-05” olan yeni stansiyanın yerləşəcəyi məkan açıqlanıb.
Bakupost.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni məlumat yayıb.
Məlumata görə, Bənövşəyi xəttin sayca 6-cı stansiyası olacaq “B-05” birbaşa “Nizami” stansiyası ilə əlaqələndiriləcək. Bununla da sərnişinlər üçün Yaşıl xəttə rahat keçid imkanı yaradılacaq.
Qeyd olunub ki, yeni keçid sərnişinlərin əlavə ödəniş etmədən bir metro xəttindən digərinə keçməsi üçün metropoliten daxilində ən qısa və səmərəli hərəkət marşrutlarından biri olacaq.
Bakı Metropoliteni stansiyanın yerləşdiyi ərazi və ətrafındakı mühüm obyektlərlə bağlı videotəqdimat da hazırlayıb. Təqdimatda “B-05” stansiyasının gələcək xəritədə tutacağı yer və onun nəqliyyat əlaqələri barədə məlumat verilir: