Bakı-Sumqayıt yolunun Xırdalan şəhərindən keçən hissəsində iki yük avtomobili toqquşub.
Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, "Isuzu" markalı yük avtomobili hərəkətdə olarkən qarşısında olan digər yük maşını ilə toqquşub.
Zərbənin təsirindən "Isuzu" markalı nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.
Qəza nəticəsində xəsarət alanların olub-olmadığı hələlik məlum deyil.
Qeyd edək ki, aidiyyəti quruma sorğu ünvanlanıb.