Bakıda 19 yaşlı qız xəstəxanadan itkin düşdü

  • 24 İyn 2019 23:12
  • 806 Baxış
Bakıda 19 yaşlı qız xəstəxanadan itkin düşdü
Bakıda yeniyetmə qız xəstəxanadan itkin düşüb.



BakuPost.az-ın  "Trend”ə istinadən məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.



Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan Əhmədova Xatirə Ağalar qızı polisə müraciət edərək bildirib ki, iyunun 22-də qızı, 2000-ci il təvəllüdlü Əhmədli Nəzrin Asif qızı Sabunçu rayonu ərazisindəki 3 saylı Şəhər Klinik Xəstəxanasından bankomata getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.



Faktla bağlı araşdırma aparılır.