Ru
23:57 / 06 Yanvar 2020

Bakıda 2 avtobus toqquşub: Xəsarət alan var

1781
Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

BakuPost
APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.

35 və 40 saylı marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusları toqquşub. Qəza zamanı avtobusda olan sərnişin, 1968-ci il təvəllüdlü İsmayılova Gülbəniz Lətif qızı xəsarət alıb.

Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona sol biləyin və qolun əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər