Ru
18:45 / 15 Fevral 2017

Bakıda 2 şadlıq sarayı satışa çıxarıldı – Birinin sahibi məşhur oliqarxdı

Bakıda 2 şadlıq sarayı satışa çıxarıldı –  Birinin sahibi məşhur oliqarxdı
Eye

İqtisadi böhran toy biznesindən yan keçməyib. Son zamanlar paytaxtımızda satışa çıxarılan şadlıq evlərinin sayı artır.

 

Fins.az-ın araşdırmasına görə, indi Bakının 2 məşhur şadlıq sarayı satışa çıxarılıb.



Söhbət Yasamal rayonunda yerləşən "Filiz” Şadlıq Sarayı və 8-ci kilometrdəki "Şərq Saray”dan gedir.



Məlumata əsasən, ümumi sahəsi 18 sot olan "Filiz” şadlıq sarayı "Quzu” restoranı ilə birlikdə satılır. Şadlıq evinin qiyməti 4 milyon 800 min manatdır. İndi icarədə olan "Filiz” sahibinə ayda 25 min manat gəlir gətirir.



"Şərq Saray” ı da hazırda fəaliyyət göstərir. Ümumi sahəsi 65 sot olan şadlıq evinin qiyməti öncəki şadlıq sarayından 3 dəfə daha artıqdır – 12 milyon manat.



iman



"AzPolitika.info” xatırladır ki, bu sarayın sahibi Naxçıvanlı iş adamı İman Quliyevdir. İ.Quliyev çoxsaylı obyektlərin – "Romanc” Palas şadlıq evi, "Şərq Saray” şadlıq evi, "Xalqlar Dostluğu” ticarət mərkəzinin, "Qreen Haus” istirahət mərkəzləri şəbəkəsinin sahibidir. Eyni zamanda tikinti sektorunda da ciddi payı var. Hakimiyyətdəki iki nüfuzlu generalla qohumluq əlaqələri olan İ.Quliyevin son vaxtlar öz biznesini xaricə köçürdüyü haqda məlumatlar var. Bu baxımdan "Şərq Saray”ın satışa çıxarılması maraq doğurur. Görünür iş adamının nağd pula ciddi ehtiyacı yaranıb.

 

Bakı Post

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar