Ru
20:03 / 16 Noyabr 2019

Bakıda ağır qəza: dörd nəfər xəsarət aldı

1628
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

BakuPost xəbər verir ki, hadisə paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, iki minik avtomobilinin toqquşması barədə məlumat təcili yardıma saat 18.34-də daxil olub.

Qəza nəticəsində xəsarət alan 27 yaşlı kişi başın kəsilmiş yarası, qapalı kəllə beyin travması, 22 yaşlı qadın qarının küt travması, daxili qanaxma ehtimalı, 27 yaşlı qız müştərək travma diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıblar.

Qəza nəticəsində yüngül xəsarət alan 32 yaşlı qıza hadisə yerində yardım göstərilib və o hospitalizasiyadan imtina edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər