Ru
17:52 / 29 İyun 2022

Qadını avtobusdan itələyib yıxan sürücü işdən çıxarıldı - Yenilənib - VİDEO

17134
Sumqayıt şəhərində sərnişinlə sürücü arasında baş verən mübahisə ilə bağlı araşdırma aparılır.



Bakupost.az bildirir ki, "Sumqayıt Nəqliyyat-1" MMC-nin direktoru Elgiz Fərəcovun APA-ya verdiyi məlumata görə, sürücü Aqil Kosayev hadisədən sonra işdən çıxarılıb.



Hadisə zamanı xəsarət alan Sənubər Baxşəliyevaya ilkin tibbi yardım göstərilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.



***
15:10


Bakıda avtobus sürücüsü ilə sərnişin arasında dava düşüb.


Bakupost.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.


Əvvəlcə sürücü ilə qadın sərnişin arasında mübahisə yaranır və bu mühabisə əlbəyaxa dava ilə davam edir.


Daha sonra isə sürücü qadına təpik vuraraq, qapısı açıq olan avtobusdan düşürüb.


Hadisənin nə zaman, hansı avtobusda baş verməsi ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.




***
15:10


Bakupost.az -ın məlumatına görə, hadisə dünən Sumqayıt şəhərində, 12 nömrəli avtobusda baş verib.

Şərhlər
  • Hey

    İkili standartın ən yaxşı nümayişi budur. Avtobus sürücüsü sadəcə olaraq özünü müdafiə edir, amma bu postda xanımın çantası ilə vurulmasından danışılmır. Shaking my head

  • R.Ə

    Hərəkətdə olan şoferi vurmaqla bütün sərnişinlərin həyatını təhlükə altına qoydumuşdu.

  • t.ədalət

    Burda,biz qadının da kobud hərəkətini görürük.Sürücüyə əl qaldıran,onu bu vəziyyətə gətirən qadındır.Həmin qadının kimliyi yaxşı araşdırılmalıdır.Tərbiyəli qadın heç vaxt kimisə çantası ilə vurmaz

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər