Ru
09:39 / 29 Sentyabr 2026

Efirin ASAN imzası: Emin Musəvi 50 yaşında - VİDEO

Efirin ASAN imzası: Emin Musəvi 50 yaşında - VİDEO
Eye

“ASAN Radio”nun direktoru, tanınmış jurnalist Emin Musəvinin doğum günüdür.

“Bakupost” xəbər verir ki, o, 29 sentyabr 1976-cı ildə Bakıda anadan olub. Orta təhsilini Bakı şəhər 46 saylı orta məktəbdə alıb. Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsində psixiatr ixtisasına yiyələnib. Həmçinin Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu politologiya ixtisası üzrə bitirib.

Təhsil istiqaməti fərqli olsa da, peşə yolu kimi medianı seçib. Artıq 30 ildir ki, efir, mikrofon və kamera onun həyatının ayrılmaz hissəsidir.

İlk milli musiqi formatlı FM radio olan 106.3 FM onun rəhbərliyi ilə yaradılıb. Emin Musəvi aparıcı, müəllif və media-menecer kimi zəngin təcrübə qazanıb.

2015-ci ildən “ASAN Radio” və “ASAN TV”yə rəhbərlik edir. Bu illər ərzində həm ciddi, həm də əyləncəli layihələrin aparıcısı olub, “Rəsmilər qeyri-rəsmi” kimi fərqli layihələrə müəllif imzası atıb. Dünyanın tanınmış siyasətçiləri və sənət adamları ilə müsahibələri də onun yaradıcılığında xüsusi yer tutur.

2018-ci ildə “Tərəqqi” medalı ilə təltif olunan Emin Musəvi 2022-ci ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. Ailəlidir, iki qızı var.

Emin Musavi televiziya jurnalistikasında yeni dövrün dilini erkən tutan isimlərdəndir. Hələ bir neçə il əvvəl onun çəkiliş və paylaşımlarında sosial şəbəkə düşüncəsi, qısa və dinamik təqdimat, insanların rahat anlayacağı sadə dil açıq görünürdü.

Bu üslub rəhbərlik etdiyk ASAN TV-nin ümumi xəttinə də çevrildi.

Nəticədə Emin Musavi təkcə ASAN TV-nin rəhbəri yox, onun tanınan siması, bir növ Azərbaycan televiziyanın ASAN imzasına çevrildi.

Elçin Zahiroğlu və “Bakupost” kollektivi həmkarımızı təbrik edir, ona möhkəm cansağlığı, uğurlar arzulayır!


Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar