Ru
20:02 / 16 İyul 2019

Bakıda baba və nəvə dənizdə boğuldu

2367
Qaradağ rayonunun Ələt qəsəbəsində iki nəfər suda boğularaq ölüb. BakuPost  xəbər verir ki, 15 yaşlı Ləman Orucova dənizdə çimərkən boğulub. L.Orucovanın 70 yaşlı babası Əmrağa Orucov nəvəsini xilas etmək istəyib. Nəticədə Ə. Orucov da boğulub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təcili yardıma çağırış saat 16.45-də daxil olub. Hadisə yerinə gələn həkim briqadası ölüm faktını təsdiqləyib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər