Ru
18:40 / 12 Yanvar 2026

Bakıda ən ucuz torpaq sahələri - QİYMƏTLƏR VƏ ƏRAZİLƏR

Bakıda ən ucuz torpaq sahələri - QİYMƏTLƏR VƏ ƏRAZİLƏR
Eye

Bakı şəhəri və ətraf qəsəbələrdə torpaq bazarı kifayət qədər genişdir və qiymətlər əsasən yerləşmə, infrastruktur və kommunikasiya imkanlarından asılı olaraq dəyişir.

Bakupost.az xəbər verir ki, bu sözləri baku.ws-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

AQC sədri əlavə edib ki, paytaxtın mərkəzindən kənar ərazilərdə isə nisbətən daha münasib qiymətə torpaq sahələri tapmaq mümkündür:

"Ən ucuz torpaq təklifləri əsasən Abşeron yarımadasının kənar qəsəbələrində qeydə alınır. Bu baxımdan Zirə, Məhəmmədi və Türkan qəsəbələri xüsusilə diqqət çəkir. Həmin ərazilərdə bir sot torpağın qiyməti təxminən 4 000 - 7 000 manat arasında dəyişir.

Bununla yanaşı, Məhəmmədi qəsəbəsinin bəzi hissələrində infrastrukturun daha yaxşı olduğu ərazilərdə qiymətlər 10 min manatı da keçə bilir. Burada qiymət fərqləri əsasən yolətrafı sahələr, kommunikasiya xətlərinə yaxınlıq və sənədləşmə vəziyyəti ilə bağlıdır.

Bakı ətrafında qiymətləri nisbətən orta hesab edilən digər ərazilər sırasında Xocəsən, Sultəpə, Masazır da var. Xocəsən və Sultəpədə bəzi torpaq sahələri 25 min manata qədər, Masazırda isə bir sot torpaq üçün 20 min manat civarında qiymətlər təklif olunur.

Bu ərazilər gələcəkdə şəhərin genişlənməsi fonunda investisiya baxımından da maraqlı hesab edilə bilər".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar