Ru
15:40 / 19 Noyabr 2019

Bakıda evləri qarət edən qadın tutuldu - FOTO

1591
Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mənzillərdən oğurluqlar edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən BakuPost-a verilən məlumata görə, zərərçəkən şəxslərdən biri polisə müraciət edərək bildirib ki, evin giriş qapısının açıq olmasından istifadə edən naməlum şəxs mənzilin dəhlizindəki dolabdan 5350 ABŞ dolları və 500 manat oğurlayaraq hadisə yerindən qaçıb. Bölmə əməkdaşaları qısa zamanda qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Abşeron rayon sakini Günay Abdullayevanı saxlayıblar. O, ifadəsində etdiyi cinayəti etiraf edib.


Araşdırma zamanı G.Abdullayevanın Binəqədi rayonunda daha bir neçə evdən eyni üsulla, yəni açıq qalmış qapıdan içəri daxil olmaqla oğurluqlar etdiyi məlum olub.
Faktla bağlı 7-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər