Ru
16:18 / 12 Avqust 2026

Bakıda həkim əməliyyat zamanı qiymətlərdən danışdı - VİDEO

Bakıda həkim əməliyyat zamanı  qiymətlərdən danışdı - VİDEO
Eye

Özünü plastik cərrah kimi təqdim edən Səkinə Xudiyevanın əməliyyat zamanı çəkildiyi bildirilən videoda tibbi prosedurla yanaşı, əməliyyat və xidmət qiymətlərindən danışması diqqət çəkib.

"Bakupost" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Səkinə Xudiyeva əməliyyat prosesi zamanı göstərdiyi xidmətlər və onların qiymətləri barədə məlumat verir. Tibbi müdaxilə zamanı reklam xarakterli məzmunun hazırlanması və qiymətlərin müzakirə edilməsi tibbi etika və reklam qaydaları baxımından suallar doğurur.

Məsələnin digər diqqətçəkən tərəfi isə Səkinə Xudiyevanın plastik cərrah kimi fəaliyyət göstərməsinin hüquqi əsasları ilə bağlıdır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 16 yanvar 2026-cı il tarixli əmri ilə təsdiqlənmiş, ölkə ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin təqdim olunan siyahısında Səkinə Xudiyevanın adına rast gəlinmədiyi bildirilir.

Bu isə bir sıra suallar yaradır: Səkinə Xudiyeva plastik cərrahiyyə əməliyyatlarını hansı hüquqi və peşəkar əsaslarla həyata keçirir? Onun müvafiq ixtisas və praktik tibb fəaliyyəti ilə bağlı sənədləri varmı? Sözügedən əməliyyat hansı tibb müəssisəsində həyata keçirilib və həmin müəssisənin bu istiqamətdə fəaliyyət göstərmək üçün müvafiq icazələri mövcuddurmu? (Klinik.media)


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar