Ru
10:11 / 20 Noyabr 2026

Bakıda həkimin cangüdəni ilə sürücüsü dava saldı: biri bıçaqlandı

Bakıda həkimin cangüdəni ilə sürücüsü dava saldı: biri bıçaqlandı
Eye

Bakının Sabunçu rayonunda həkimin sürücüsü ilə cangüdəni arasında baş verən dava bıçaqlanma ilə nəticələnib.

"Bakupost" Teleqraf-a istinadla xəbər verir ki, hadisə Bilgəh qəsəbəsinin Mirqasımov küçəsində yerləşən villada qeydə alınıb.

Məlumata görə, həkimin sürücüsü işləyən, 1952-ci il təvəllüdlü Həsənağa Mahmudağa oğlu Həsənov həkimi evə apararkən avtomobildə onun cangüdəni ilə mübahisə edib.

Mübahisə daha sonra villada əlbəyaxa davaya çevrilib. Nəticədə 74 yaşlı sürücü bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində araşdırma aparılır.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar