Ru
10:10 / 03 Oktyabr 2025

Bakıda kafedə bıçaqlanma

Bakıda kafedə bıçaqlanma
Eye

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, hadisə oktyabrın 2-si Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində yerləşən kafenin qarşısında qeydə alınıb.

1970-ci il təvəllüdlü Cəfərov Ağa Aydın oğlunun 1973-cü il təvəllüdlü Həsənov Nüsrət Bağman oğlunu bıçaqlamasına əsaslı şübhələr müəyyən edilib.

N. Həsənov daxilə keçən bədən xəsarəti alıb.

Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatla A.Cəfərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar