Ru
13:13 / 13 Fevral 2021

Bakıda "Mall"ları hansı qaydada açmaq olar? – Türkiyə təcrübəsi – VİDEO

9058
COVID-19 pandemiyası ilə bağlı Azərbaycanda tətbiq olunan xüsusi rejim yumşaldılsa da, bəzi qadağalar hələ də qüvvədədir. Bu, insanların bəzi hallarda narazılığına səbəb olur. Bunların içərisində idman zallarının və iri ticarət məkəzlərinin – "Mall"ların işləməməsi daha çox müzakirə olunur, müxtəlif təkliflər irəli sürülür.

Bakupost.az xəbər verir ki, qardaş Türkiyədə pandemiya şəraitində iri ticarət mərkəzlərinin işləməsinin maraqlı mexanizmini tapıblar. Bakupost saytının əməkdaşı Ankaradakı "Mall"lardan birində çəkdiyi kadrlardan görünür ki, müştərilər nəzarətçilərin ciddi yoxlanışından sonra içəri buraxılır.

Qaydaya görə "Mall"larda yoluxma riskini azaltmaq üçün hər bir kəsdən koronavirus test şifrəsi tələb olunur. Belə ki, ticarət mərkəzlərinə daxil olarkən insanlar testin kodunu ekrana yaxınlaşdırır və ondan sonra içəri buraxılır. Koronavirus olan şəxsdə bu kod olmur və beləliklə, xəstə olan şəxs içəri keçə bilmir.

Bu sistemin tətbiqi həm insanların testdən keçməsini təşviq edir, həm də "Mall"lar fəaliyyət göstərir.

Eyni üsuldan Azərbaycanda da istifadə etmək olar. Amma bu şərtlə ki, gərək, testin qiyməti də Türkiyədəki kimi ucuz olsun.



Azər Kazımov
Şərhlər
  • ilqar

    men basha dushmurem sederek ve bine ticaret merkezleri mollara aid deyil bes onlar niye ishleyir ay operativ qerargah

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər