Ru
17:06 / 23 Sentyabr 2025

Bakıda ödənişli hərəkət zonaları... - Hamı üçün pullu olacaq? - AÇIQLAMA

Bakıda ödənişli hərəkət zonaları... -  Hamı üçün pullu olacaq? - AÇIQLAMA
Eye

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib ki, beynəlxalq təcrübəyə uyğun olaraq, şəxsi avtomobillərin şəhər mərkəzinə daxil olması ilə bağlı ödənişli hərəkət zonalarının tətbiqi gündəmdədir. Son günlər bu məsələ geniş müzakirə olunur.

Maraqlıdır, Bakıda bu sistem necə tətbiq olunacaq? Hansı yollar pullu olacaq? Şəhərə daxil olan bütün avtomobillər üçün ödənişli olacaq?

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Bakupost.az a- açıqlamasında bildirib ki, mexanizmlərlə bağlı müzakirələr hələ tam yekunlaşmayıb:

“Cənab Prezidentin təsdiq etdiyi fərmanda göstərilir ki, 3 ay müddətinə Yerüstü Nəqliyyat Agentliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu mexanizmi hazırlamalıdır. Biz də bu prosesdə iştirak edəcəyik. AYNA ilə bir dəfə ümumi söhbətimiz olub. Dünən brifinqdə də müzakirə olundu. Yəni tam detalları barədə məlumat vermək olmur, çünki məsələ geniş müzakirə edilməyib”.

Ekspert qeyd edib ki, ümumilikdə bu məsələdə beynəlxalq təcrübə nəzərə alınmaqla yanaşı, Azərbaycanın mövcud vəziyyəti də əsas götürülməlidir:

“Məsələn, fantastik qiymət qoymaq olmaz, şəhərdə yaşayanlar, əlil sürücülər üçün güzəştlər tətbiq edilməlidir.Taksilərin giriş-çıxışı məsələsinə baxılmalıdır, vaxt məsələsi müəyyənləşdirilməlidir. Günün 24 saatı giriş pullu ola bilməz. Belə yanaşmalar olmalıdır. Hazırda bunun İçərişəhər modeli mövcuddur. Orada sürücülər ödəniş edərək daxil olurlar. Buna uyğun zonalar yaradılacaq”.

Lalə Novruz,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar