Ru
01:46 / 05 Avqust 2026

Bakıda sərnişin avtobus sürücüsünü döydü - VİDEO

Bakıda sərnişin avtobus sürücüsünü döydü -  VİDEO
Eye

Metronun “20 Yanvar” stansiyası yaxınlığındakı dayanacaqda 67 saylı marşrut avtobusunun sürücüsü sərnişinin hücumuna məruz qalıb.

“Bakupost” Bakıvaxtı.az-a istinadən xəbər verir ki, sərnişin marşrut avtobusundan düşdükdən sonra sürücünün üz nahiyəsinə yumruq zərbəsi endirib.

Zərbənin təsirindən sürücü yerə yıxılıb.

Sürücü ayağa qalxmağa çalışarkən hücum edən şəxs yenidən onun üzərinə gedərək onu yerə yıxıb və ard-arda yumruqlamağa başlayıb.

Hadisəyə digər sərnişinlər və ərazidə olan şəxslər müdaxilə etməyə çalışsalar da, hücum edən şəxs zorakılığı və təhqiramiz ifadələri davam etdirib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar