Ru
10:25 / 22 Noyabr 2017

Bakıda sərnişin avtobusu ağır qəzaya düşdü: yaralılar var - VİDEO yaralılar var - VİDEO

Bakıda sərnişin avtobusu ağır qəzaya düşdü: yaralılar var - VİDEO yaralılar var - VİDEO
Eye

Bakıda yük maşını ilə sərnişin avtobusu toqquşub.

 

BakuPost.az Lent.az-a istinadən xəbər verir ki, Qaradağ rayonu ərazisində, Bakı-Qazax magistralının 16-cı kilometrliyində "Hovo" markalı, 99 DH 408 dövlət qeydiyyat nişanlı yük avtomobili, "İsuzu" markalı, 90 JX 895 nömrəli sərnişin avtobusuna çırpılıb. Nəticədə avtobusda olan 2 qadın və 2 kişi sərnişin ağır xəsarət alıb.

 

Bildirilir ki, qəza yük maşınının sürücüsünün ehtiyatsızlığı səbəbindən baş verib. Avtobus yol kənarında dayanarkən arxadan gələn yük maşını ara məsafəsinin düzgün seçilməməsi səbəbindən şirkətlərdən birinə məxsus olan və işçiləri daşıyan avtobusa çırpılıb.

 

Araşdırma aparılır.


***

APA TV isə qeyd edib ki, 149 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu sərnişinlərin düşməsi üçün yolun kənarında dayanıb. Bu vaxt eyni istiqamətlə hərəkət edən "Howo" markalı yük maşını arxadan avtobusa çırpılıb.

 

Nəticədə avtobusda olan sərnişinlərdən 10 nəfəri xəsarət alıb. Yaralılar 1 saylı Xəstəxanaya çatdırılıb. Onlardan 2 nəfəri evə buraxılsa da, digərlərinin müalicəsi xəstəxanada davam etdirilir.




Bakıda sərnişin avtobusu ağır qəzaya düşdü: yaralılar var - VİDEO yaralılar var - VİDEO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar