Ru
10:33 / 13 Oktyabr 2025

Gömrükçünü öldürən yeniyetmə tutuldu - YENİLƏNİB - FOTO

Gömrükçünü öldürən yeniyetmə tutuldu - YENİLƏNİB - FOTO
Eye

Xəbər verdiyimiz kimi, oktyabrın 11-də günorta saatlarında Bakı şəhər Suraxanı rayonu ərazisində qətl törədilib.

Bakupost.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı 1982-ci il təvəllüdlü Ayxan Fəxrəddin oğlu Mustafayev bıçaqlanaraq qətlə yetirilib.

Bildirilib ki, hadisə Əmircan qəsəbəsi ərazisində A.Mustafayevə məxsus mağazada baş verib. Xəstəxanaya çatdırılan 43 yaşlı kişi orada vəfat edib.

Ona bıçaqla xəsarətlər yetirərək öldürməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü R.Xəlilov polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb.

***

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşını bıçaqlayıblar.


Bakupost.az-ın məlumatına görə, bıçaqlanan şəxsin Bakının Suraxanı rayon sakini Ayxan Mustafayev olduğu bildirilir.

Hadisə Suraxanıda Ayxan Mustafayevə məxsus kiçik sahibkarlıq obyektinin qarşısında baş verib. O, aldığı bıçaq zərbələrindən həyatını itirib.

Onu qətlə yetirən şəxsin 17 yaşlı yeniyetmə olduğu bildirilir.

Hadisənin təfərrüatı ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, Ayxan Mustafayev daha əvvəl Xaçmaz Gömrük İdarəsini Yalama gömrük postunda işləyib.


Gömrükçünü öldürən yeniyetmə tutuldu - YENİLƏNİB - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar