Ru
15:00 / 10 İyun 2026

Bakıdan bu şəhərə birbaşa reys açılır

Bakıdan bu şəhərə birbaşa reys açılır
Eye

“Azərbaycan Hava Yolları” (AZAL) QSC Bakı–Maskat aviareysinin açılmasını planlaşdırır.

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycanın Omandakı səfirliyinin məlumatında bildirilib.

Məlumata əsasən, AZAL Oman Sultanlığının paytaxtı Maskatda Bakı–Maskat çarter reysinin təqdimat mərasimini keçirib. Tədbirdə Azərbaycanın Omandakı səfiri Rəşad İsmayılov da iştirak edib.

Mərasimdə çıxış edən diplomat yeni aviareysin Azərbaycan və Oman arasında turizm, biznes və insanlararası əlaqələrin genişlənməsinə mühüm töhfə verəcəyini qeyd edib.

Yeni marşrutun iki ölkə arasında əməkdaşlığın inkişafına əlavə imkanlar yaradacağı vurğulanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar