Ru
17:43 / 10 Sentyabr 2025

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama - VİDEO

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama - VİDEO
Eye

Paytaxtda “BakuBus”a məxsus sərnişin avtobuslarının yolda ötüşməsini əks etdirən görüntülər yayılıb.

Bakupost.az xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə avtobusların Səbail rayonu Salyan şosesində hərəkət etdikləri aydın olur.

Onların sərnişinlər və digər sürücülər üçün təhlükə yaratdığı bildirilir.

“BakuBus” MMC-dən qafqazinfo-ya bildiriib ki, məsələ araşdırılır:

“BakuBus” MMC-nin istismarında olan 149 və 72 nömrəli müntəzəm marşrut xətləri üzrə fəaliyyət göstərən avtobusların sosial şəbəkələrdə yayılan görüntüləri hazırda qurumun aidiyyəti şöbəsi tərəfindən araşdırılır.

Araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar