Ru
09:31 / 01 Sentyabr 2020

"BakuBus" avtobusu yandı - Yenilənib

2009

Bakı Nəqliyyat Agentliyində, "BakuBus” MMC-nin istismarında olan 24 nömrəli müntəzəm marşrut xətti üzrə 99 JH 246 Dövlət Qeydiyyat Nişanlı avtobusda baş verən yanğın hadisəsi ilə əlaqəddar komissiya yaradılıb.

"BakuPost" xəbər verir ki, bu barədə Agentlikdən bildirilib.

Məlumata görə, hadisənin baş verməsi ilə bağlı məsələlər komissiya tərəfindən araşdırılacaq və nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, bu gün səhər saatlarında qeydə alınıb. Yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb.

***

Bakıda avtobusda yanğın baş verib.

"BakuPost" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

BNA-dan bildirilib ki, bu gün səhər saatlarında “BakuBus” MMC-nin istismarında olan 24 müntəzəm marşrut xətti üzrə 99 JH 246 dövlət qeydiyyat nişanlı avtobusda yanğın hadisəsi olub:

"Yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər