Ru
16:24 / 31 İyul 2025

"Bakubus"un sürücüsü səhid xanımını təhqir etdi - 50 manat CƏRİMƏLƏNDİ

"Bakubus"un sürücüsü səhid xanımını təhqir etdi - 50 manat CƏRİMƏLƏNDİ
Eye

Bakıda hüquq-mühafizə orqanlarında çalışan xanım sərnişindən ödəniş etmədiyi üçün vəsiqə tələb edən avtobus sürücüsünə hökm oxunub.

Bakupost.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, 1988-ci il təvəllüdlü Bakı sakini Y.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

Hadisə "BakuBus" MMC-yə məxsus 217 nömrəli marşrut xəttində baş verib. Şəhid xanımı N.A. avtobusa minərkən polis vəsiqəsini kameraya göstərərək ödənişsiz keçid hüququndan istifadə edib. Buna baxmayaraq, sürücü Y.R. onun arxasınca gedərək ödəniş tələb edib və mübahisə zamanı xanımı anası və azyaşlı uşaqlarının gözü qarşısında təhqir edib.

Nəticədə avtobusda səs-küy yaranıb, sərnişinlər avtobusdan endirilib və hadisə yerinə polis əməkdaşları çağırılıb.

Məhkəmədə sürücü ifadəsində bildirib ki, N.A. vəsiqəni dərhal təqdim etmədiyi üçün ondan sənədini göstərməsini xahiş edib. O, vəsiqənin gec göstərildiyini və buna görə mübahisə yarandığını etiraf edib. Əsəbiləşdiyi üçün avtobusu idarə edə bilmədiyini və sərnişinlərin başqa nəqliyyat vasitəsi ilə daşındığını qeyd edib.

Məhkəmənin qərarı ilə Y.R. 50 manat məbləğində cərimələnib və məhkəmə zalından azad olunub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar