20:45 / 05 Sentyabr 2021

Balakəndə ağır yol qəzası: bir ailənin üç üzvü yaralandı

919
Balakən rayonunda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, Yevlax rayon sakini Nazim Hüseynovun idarə etdiyi iritonnajlı yük maşını ilə Balakən rayon Talalar kənd sakini 40 yaşlı Ceyhun Orucovun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri olan “VAZ 2107” markalı avtomobilin sürücüsü C.Orocov avtomobildə sərnişin qismində olan sürücünün həyat yoldaşı 29 yaşlı Gülşən Orucova və onların 7 yaşlı övladı Onur Orucov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Yaralılardan C.Orucovun və G.Orucovanın müalicəsi xəstəxanada davam etdirilir. O.Orucovun xəsarəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər